“Neftçi”ni uddular, təhlükəli futbolçuları var, çətindir”

23 Fevral 21:20 Zirə 1 333
“Neftçi”ni uddular, təhlükəli futbolçuları var, çətindir”

“Cari mövsümdə “Araz-Naxçıvan”ı məğlub edə bilməmişik. Oyun dəsti-xətti olan təhlükəli rəqibdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin kapitanı Qismət Alıyev komandasının Premyer Liqanın 24-cü turdakı oyunu haqda danışarkən deyib.

Komandalar arasında baş tutan iki oyunun heç birində zirəlilər qələbəyə sevinə bilməyib. Birində naxçıvanlılar 1:0 hesablı qalibiyyəti bayram edib, digərində qapılara qol vurulmayıb.

Bu dəfəki vəziyyət fərqlidir. Muxtar Respublika təmsilçisi son 2 oyunda qazandığı 4 xalın davamını gətirmək istəyirsə, “qartallar” 10 oyunluq qələbəsizlik seriyasına son qoymaq istəyir.

“Araz-Naxçıvan”ın düşərgəsində əhval-ruhiyyə yaxşıdır. “Neftçi”ni uddular, “Səbail”lə görüşdə isə qələbəni əldən verdilər.

Bu komandaya qarşı oynamaq həqiqətən çətindir. Kollektiv futbol oynayırlar, təhlükəli futbolçuları var.

Buna baxmayaraq, biz də iddialıyıq. 3 xala ehtiyacımız var. Yaxşı hazırlaşıb, uzun fasilədən sonra ilk qələbəmizi qazanmaq istəyirik”.

Fevralın 25-də “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” görüşü saat 16:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 19:50 Çək və bizə göndər!
12 Aprel 07:30 Bu məhsullar bahalaşıb