
Bir neçə gün öncə xəbər verdiyimiz kimi, "Zirə"də növbəti ayrılıq baş verib.
Riçard Qadze qəsəbələ klubunu tərk edib. 25 yaşlı hücumçunun başa çatan müqaviləsi uzadılmayıb.
Qanalı ötən mövsüm "Zirə"də 11 oyun keçirib və 3 qol, 6 assistlə yadda qalıb. O, "Zirə" tarixində ən çox qol vuran 2-ci futbolçudur. Aktivində 13 qolu olan hücumçu lider Nelson Bonilyadan 1 top geridədir.
Emil Balayev, Anastasios Papazoqlu, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqruca, Adrian Skarlatake, Yovan Krneta, George Anton və Alvaro Ampuero da "qartallar"ı tərk edib.
Digər legionerlərdən fərqli, Qadze yenidən Premyer Liqada çıxış edə bilər. "Sabah" və "Keşlə" afrikalı forvarda yaxından maraq göstərir.
SPORTİNFO.AZ