"Zirə"də gedən var - FOTO

1 İyun 2020 16:14 Zirə 757
"Zirə"də gedən var - FOTO

“Zirə” klubunda ilk rəsmi ayrılıq baş verib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Anastasios Papazoğlu ilə vidalaşıb.

Müqavilə müddəti bu gün başa çatan yunanıstanlı oyunçu ilə yeni saziş bağlamağa ehtiyac duyulmayıb.

Hələ qış fasiləsində əvəzedici heyətə göndərilən və həmin vaxtdan əsas komanda ilə məşq etməyən 32 yaşlı futbolçu bu gündən azad agent statusu daşıyır.

“Zirə”yə ötən ilin yayında OFİ klubundan keçən Anastasios Papazoğlu Premyer Liqada 10 oyunda iştirak edib, 1 avtoqola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı