Danışılmış oyunlarla bağlı "Zirə"lə toplantı keçirildi

26 Yanvar 2024 02:30 Zirə 884
Danışılmış oyunlarla bağlı "Zirə"lə toplantı keçirildi

"Zirə”nin U-15, U-16, U-17 və U-19 komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA