Azərbaycan klubu Gürcüstan yığmasının hücumçusunu geri qaytardı - SON DƏQİQƏ

7 Fevral 13:00 Zirə 3 595
Azərbaycan klubu Gürcüstan yığmasının hücumçusunu geri qaytardı - SON DƏQİQƏ

“Zirə“ 2024-cü ilin üçüncü transferinə imza atıb.

Qəsəbə klubu Ceyhun Nuriyev və Rafael Utziqdən sonra Davit Volkovu sıralarına qatıb.

2022-ci ilin yayından etibarən “Sabah”ın formasını geyinən gürcüstanlı yarımmüdafiəçi dünən Masazır təmsilçisinin düşərgəsini tərk edib.

29 yaşlı hücumçu karyerası ərzində Gürcüstanın “Qaqra” (2012/13), “Dinamo” (Tbilisi, 2013-2016), “Çixura” (2015/16), “Sioni” (2016), “Saburtalo” (2017-2018), Serbiyanın “Zemun” (2016/17), Azərbaycanın “Qəbələ” (2018-2020) və “Zirə” (2020-2022) klublarında çıxış edib.

“Qartallar” keçmiş forvardını geri qaytarmaq üçün heç bir ödəmə etməyib. Gürcüstan yığmasının oyunçusu “Sabah“lay ayda bitəcək sözləşməsini qarşılıqlı razılaşma əsasında pozub.

O, köhnə-yeni klubu ilə 1,5 illik müqavilə şərtlərini razılaşdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti