
Premyer Liqanın 30-cu turunun “Zirə” - “Səbail” (3:1) oyununda zədələnən ev sahiblərinin forvardı Filipe Paxtmanın durumu bəlli olub.
Braziliyalı hücumçunun MRT müayinəsindən sonra zədəsinin ciddi olduğu aşkarlanıb.
Cənubi amerikalı legionerin mövsümün qalan hissəsini buraxmalı olduğu dəqiqləşib. Son hadisə “qartallar”ı sözün həqiqi mənasında kədərləndirib.
İki mövsümdür burada yer alan “sambaçı” artıq neçənci dəfədir zədələnir.
Bu iki ilin ən azı 15-20 ayını müalicə prosesinə ayırmalı olmuş braziliyalının yenə 2-3 aylıq müddətə sıradan çıxması heç yerinə düşmədi. “
Zirə”nin “Lvov”dan öncə icarəyə götürdüyü, ötən ilin yayında isə 3 illik müqavilə imzaladığı “sambaçı”nın artıq Azərbaycanda qalmaq ehtimalı azdır.
Qəsəbə təmsilçisi onunla əməkdaşlığa son qoymağa hazırlaşır.
SPORTİNFO.AZ