
“Zirə” ciddi itki ilə üzləşib.
Premyer Liqanın 28-ci turunun “Neftçi” ilə 1:1 bitən görüşündə qəsəbə təmsilçisinin aparıcı üzvü Donald Gerye zədələnərək sıradan çıxıb.
Haitili müdafiəçi matçın 35-ci dəqiqəsində Sərtan Taşkınla əvəzlənib. Qasıq nahiyyəsindən xəsarət alan cinah oyunçusu ən azı 1 ay yaşıl sahələrdən kənarda qalacaq.
Qış fasiləsindən sonra “Zirə”nin formasını geyinməyə başlamış Gerye mayın əvvəlində kollektiv məşqlərə qoşulacaq.
SPORTİNFO.AZ