“Təbii ki, müdafiəçi üçün bir oyunda iki qol vurmaq hər zaman gözlənilən olmur”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin müdafiəçisi Ruan Renato deyib.
Qəsəbə təmsilçisi Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Kutaisi “Torpedo”sunu 3:0 hesabı ilə məğlub edib.
Braziliyalı kapitan qarşılaşmada dubl etməsindən danışıb:
“Bizim funksiyamız ilk növbədə yaxşı müdafiə olunmaqdır. Nə xoş mənə ki, komandam üçün faydalı oldum və səfər öncəsi əlverişli nəticə qazandıq.
Bunda komanda yoldaşlarımın da böyük rolu oldu. Yaxşı temp və intensivlik nümayiş etdirdik”.

