Konfrans Liqasnda iki təmsilçimiz var.
“Neftci” mübarizəyə ikinci mərhələdən qoşulacaq. “Zirə”ni də böyük ehtimalla, 2-ci mərhələdə görəcəyik.
Rəşad Sadıqovun komandası ilkin mərhələdə “Torpedo Kutaisi” ilə məsələni Ruan Renatonun dublu və Davit Volkovun qoluyla elə ilk oyunda həll etdi.
Halbuki digər klublarımızın rəqibləriylə müqayisədə Gürcüstan təmsilçisi daha narahat rəqib kimi görünürdü.
Gürcüstanda hazırda çempionatın davam etməsi “Torpedo”nun xeyrinə əsas amil kimi qəbul olunurdu.
“Zirə” isə Avropaya bileti qəfildən, sürpriz şəkildə - UEFA-nın “Turan Tovuz”a qarşı sanksiyası səbəbindən qazandığından, bir növ hazırlıqsız yaxalanmışdı.
Komandadan mövsüm bitincə, 9 oyunçu yola salınıb. bununla belə, heyətin əsası saxlanılıb. Yalnız portuqaliyalı qolkiper Tiaqu Silvanın gedişindın sonra qapıdan narahatlıq var.
Ötən mövsüm ehtiyatda qalan Aydın Bayramov “Torpedo” ilə matçı qol buraxmadan keçirdi, amma qarşıda daha çətin sınaqlar olacaq.
İyulun 16-dakı cavab oyunu da, yəqin ki, ilk qarşılama kimi “Zirə” üçün rahat keçməyəcək.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

