“İstər iclaslarda, istərsə də öz aramızdakı söhbətlərdə bilirdik ki…”

03:30 Zirə 77
“İstər iclaslarda, istərsə də öz aramızdakı söhbətlərdə bilirdik ki…”

“Ən azından düzgün addım ataraq, 3:0 hesabı ilə qalib gəldik”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin kapitanı Qismət Alıyev deyib.

"Zirə" Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo"ya 3:0 hesabı ilə qalib gəlib.

Müdafiəçi Gürcüstanda keçiriləcək cavab qarşılaşmasında da qələbə qazanmaq əzmində olduqlarını bildirib:

"Bildiyiniz kimi, Boludakı toplanışda cəmi iki yoldaşlıq oyunu keçirmişdik. Başa düşürdük ki, avrokuboklara hazırlıq üçün iki yoldaşlıq oyunu kifayət etmir.

İstər iclaslarda, istərsə də öz aramızdakı söhbətlərdə bilirdik ki, nə qədər çətin olsa da, oyun ritmini tutmaq lazımdır. Bilirik ki, Gürcüstanda öz doğma meydanlarında oynayacaqlar və arxalarında ciddi azarkeş dəstəyi olacaq.

Lakin biz də ilk dəqiqələrdən istəkli oynayıb, yenə də qələbə üçün çalışacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!