Kapitan 3:0-dan sonra da elə ehtiyatlı danışdı ki...

10 İyul 02:30 Zirə 16
Kapitan 3:0-dan sonra da elə ehtiyatlı danışdı ki...

Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" Gürcüstanın "Torpedo" klubuna 3:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Qismət Alıyev matçdan sonra "İdman TV"yə oyunla bağlı fikirlərini bölüşüb:

"Oyundan öncə bilirdik ki, rəqib bizimlə oynamağa yaxşı əhval-ruhiyyədə gəlir, çünki bu yaxınlarda Superkubokun qalibi olmuşdular.

Təlim-məşq toplanışından sonra bizi necə bir komandanın gözlədiyini yaxşı dərk edirdik. Hazırda öz çempionatlarında da ön sıralardadırlar.

Bu gün 3:0 hesabı ilə qələbə qazansaq da, düşünürəm ki, ikinci oyun bundan da çətin olacaq.

Cavab qarşılaşmasına daha diqqətli və istəkli hazırlaşmalıyıq. Ümid edirəm mərhələni keçən tərəf biz olacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti