“Avrokuboklara vəsiqə qazanıbsa, deməli, güclüdür”

10 İyul 01:50 Zirə 399
“Avrokuboklara vəsiqə qazanıbsa, deməli, güclüdür”

“Oyuna yaxşı hazırlaşmışdıq.

Düzdür, vaxtımız çox az idi, çünki Konfrans Liqasına qatılmağımız gözlənilmədən oldu.

Çalışdıq ki, az vaxt ərzində yaxşı hazırlaşaq. Məncə, istədiyimizə nail olduq. “Torpedo”ya qarşı yaxşı oyun sərgilədik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin qapıçısı Aydın Bayramov Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Kutaisi “Torpedo”sunu 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, böyük hesablı qələbəyə baxmayaraq, matçın heç də asan alınmadığını bildirib:

“Torpedo” avrokuboklara vəsiqə qazanıbsa, deməli, güclüdür. Hesaba baxmayaraq, matç çətin alındı.

Xüsusən də ilk hissədə daha çətin idi. Həm külək, həm də oyunun təzyiqi özünü göstərirdi. Şükürlər olsun ki, qalib gəldik”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!