"Nə xoş bizə ki, rəqibin qol vurmasına imkan vermədik"

13:40 Zirə 117
"Nə xoş bizə ki, rəqibin qol vurmasına imkan vermədik"

“Gözlədiyimiz kimi, çox çətin, gərgin oyun alındı.

Qarşılaşmanı bizim üçün çətinləşdirən amillərdən biri də rəqibin çempionatının davam etməsi idi.

“Torpedo” fiziki cəhətdən bizdən yaxşı vəziyyətdə idi. Bunu bilirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin müdafiəçisi Ruan Renato Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Kutaisi “Torpedo”sunu 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, cavab matçı öncəsi yaxşı nəticə əldə etdiklərini bildirib:

“Oyun ərzində yaratdığımız qol fürsətlərindən yaxşı faydalandıq. Sona yaxın rəqib təzyiqi artırmışdı.

Nə xoş bizə ki, rəqibin qol vurmasına imkan vermədik. Səfər oyunundan öncə yaxşı nəticə əldə etdik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti