“Zirə” 3:0-la Azərbaycana 0,250 əmsal qazandırdı

9 İyul 09:20 Zirə 447
“Zirə” 3:0-la Azərbaycana 0,250 əmsal qazandırdı

UEFA reytinqində Azərbaycanın əmsalı artıb.

Sportinfo.az xəbər verir ki, bu, “Zirə”nin Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi "Torpedo"nu məğlub etməsi (3:0) sayəsində mümkün olub.

Bu qələbə Azərbaycana 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS (Uels) klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən "Sabah" eyni töhfəni verib.

Azərbaycan (19,062) hazırda 26-cı pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!