"Osiyek" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində bu gün Bakıda "Zirə"nin qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Koppitelli matçdan öncə sualları cavablandırıb:
- İlk oyundan sonra keçirilən mətbuat konfransında demisiz ki, "Zirə" bizə qol vura bilməzdi. Niyə belə demişdiz? Siz çox üstün oynamışdız?
- Mən o mənada deməmişdim. Kontesktdən çıxarılmış fikirdir. Bizimlə oyunda "Zirə"nin şansları yox idi. Bu da bizim müdafiə strategiyamızın işləməsi ilə əlaqədar idi. Yoxsa "Zirə"nin gücü də var.
- Meydançanın ot örtüyü barədə hansı fikirdəsiz? Oynamaq mümkün olacaq?
- İstənilən meydançaya öyrəşməliyik. Bizim meydança ilə bunun arasında fərq var. Çox da incələyə bilməmişik. Adaptasiya olmağa çalışacağıq.
- Erməni futbolçunuz Styopa Mkrtçyanın Bakıya gəlməməsi komandanız üçün nə dərəcədə itkidir?
- Onun olmaması böyük itkidir. Sabahkı oyunda iştirak etməməsinin səbəbi isə zədə, cəza deyil.
- "Zirə"nin heyətində italiyalı futbolçu Pyer Zebli çıxış edir. Onu tanıyırsız?
- Tanıyıram. "Peruca"da, "Genk"də oynayıb. Yaxşı futbolçudur. Ona uğurlu karyera arzulayıram. Amma bu oyunda yox, ondan sonrakı matçlarda.
- Əlavə vaxta və penaltilərə hazırsız?
- Əlbəttə ki, hazırıq. Əlavə vaxt və penaltilər seriyasının olması ehtimaldır. Olarsa, ona uyğun çıxış edərik.