"Zirə"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Osiyek”lə qarşılaşma üçün Xorvatiyaya yollanıb.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası oyundan iki gün əvvəl Xorvatiyaya səfər edib.
Avqustun 8-də keçiriləcək "Osiyek" (Xorvatiya) - "Zirə" matçının start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.

