
“Zirə” Avropa Liqası ilə vidalaşdı.
Salifu Sumanın yersiz qırmızı vərəqəsi “qartallar”ın mərhələ adlamaq şansını minimuma endirdi.
Əsas vaxt 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatınca, penalti zərbələrinə gərək duyuldu və “Şerif”lilər 5 zərbənin hamısını dəqiq yerinə yetirib sevinən tərəf oldu.
Oyun başa çatan kimi moldovalılar qələbəni bayram edir, “Zirə”nin futbolçuları isə yerə sərilmiş vəziyyətdə nə baş verdiyini anlamağa çalışırdılar.
O an meydana daxil olan baş məşqçi Rəşad Sadıqov futbolçulara yaxınlaşıb, onların hər birinə təsəlli verməklə diqqət çəkdi. Hətta penaltini dəqiq yerinə yetirə bilməyən Fuad Bayramovun başına sığal çəkməyi də özünə borc bildi.
Çünki hələ heç nə bitməyib. Konfrans Liqasının ikinci mərhələsində mübarizə aparmaq lazımdır.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: