“Zirə” - “Şerif”: Matçdan öncə dəqiqləşdi ki…

15 İyul 2024 22:40 Zirə 1 846
“Zirə” - “Şerif”: Matçdan öncə dəqiqləşdi ki…

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, ilk olaraq iyulun 17-də, saat 17:30-da Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun "Dalğa Arena"da mətbuat konfransı baş tutacaq.

Bir saat sonra isə "Şerif"in baş məşqçisi Yuri Qura mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

"Zirə"nin media üçün açıq məşqi saat 18:45-də "Qarabağ Arena"da, "Şerif"in məşqi isə 19:00-da "Dalğa Arena"da gerçəkləşəcək.

Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Komandalar arasında Moldovada baş tutan ilk görüşdə "Zirə" 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması iyulun 18-də “Dalğa Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu