COP29

“Qarabağ“a məxsus hücumçu: “Gizlətmirəm, mənim üçün çox yox, çox-çox çətindir”

20 İyun 21:00 Zirə 931
“Qarabağ“a məxsus hücumçu: “Gizlətmirəm, mənim üçün çox yox, çox-çox çətindir”

“Gizlətmirəm, mənim üçün çox yox, çox-çox çətindir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin formasını geyinən Rüstəm Əhmədzadə deyib.

Ötən mövsümdən “qartallar”ın sıralarında yer alan, növbəti “futbol ili”ni də icarə əsasında burada keçirəcək “Qarabağ”lı hücumçu bildirib ki, Azərbaycanda ailəsindən ötrü darıxır.

Axı yaxınları müharibənin içində - Ukraynada yaşayır.

Maraqlıdır, o, belə vəziyyətdə oyunlara necə köklənir? Fikrini futbola cəmləmək çətin deyil?

Rüstəmi dinləyək:

“Doğmalarım üçün darıxıram. Belə olması psixoloji durumuma hardasa təsir edir.

Ancaq bacardığım qədər peşəkarlığımı qorumağa çalışıram. Meydana çıxanda yalnız və yalnız futbol barədə düşünürəm.

Allahdan əsas diləyim müharibənin qurtarması, insanların dinc yaşamasıdır. Rahat yaşayaq, istədiyimiz vaxt doğmalarımızı görə bilək”.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi