Rəşad Sadıqov "Zirə"ni "milçəklər"dən necə təmizlədi?

10 Aprel 09:40 Zirə 1 419
Rəşad Sadıqov "Zirə"ni "milçəklər"dən necə təmizlədi?

Hər komandanın eniş və yüksəliş dövrü olur.

Hərə bu periodu bir cür keçir. Kimisi enişdə olanda, kimisi də yüksəlişin keyfini çıxarır.

Mövsümboyu tez-tez tənqidlərə rast gələn, praqmatiklikdə qınanan Rəşad Sadıqovun bütün əleyhdarları sanki yoxa çıxıb indi.

Ölkə kubokunda finalın qapısını döyən «Zirə» Premyer Liqada ikinci pilləyə yüksəlməklə qurbağa gölünə daş atıb.

Bəzən bir, bəzən də iki futbolçu çayın axarını büsbütün dəyişməyi bacarır. Bəzən əksi də olur. Milçək bir şey deyil, gəl ki, ürək bulandırır.

Rəşad Sadıqov «Zirə»ni həmin «milçəklər»dən təmizlə məyə bu ilin əvvəlində başladı və qış transferləri ilə yazın gəlişiylə isinən havanı bir qədər də mülayim etdi.

Rafael Utziqin tədricən forma yığması, «ayağının açılması» hücum xəttini «diş»li edib.

Artıq bu zonada bir rəqabət əmələ gəlib, istər Vladislav Kulaç, istərsə də Eldar Quliyev anlayıb ki, bundan sonra «Zirə»də qalmaq, əsas heyətə qayıtmaq istəyirlərsə, söjzün bütün mənalarında qan-tər axıtmalıdırlar.

Hələ Rəhim Sadıxov. Ayına 15 min dollar əməkhaqqı alan Rəhimi qəflət yuxusundan Sezar Meza Kolli oyatdı.

Paraqvaylı legioner ikinci dəfə geri dönməklə yarımmüdafiə zonasındakı durğunluğu aradan qaldırdı.

Bunlar belədir də, gərək kürəklərində başqasının nəfəsini hiss etsinlər, sonra əl-ayağa düşürlər, qələbə naminə can qoyurlar.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti