"Neftçi" istəyən kimi oldu - "Zirə"nin aparıcı legioneri meydana çıxmayacaq

14 Fevral 09:20 Zirə 10 342
"Neftçi" istəyən kimi oldu - "Zirə"nin aparıcı legioneri meydana çıxmayacaq

"Zirə"nin aparıcı futbolçusu Ruan Renato "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIII turunun matçında meydana çıxa bilməyəcək.

Sportinfo.az xəbər verir ki, buna 30 yaşlı müdafiəçinin "Sumqayıt"a qarşı keçirdikləri XXII turun matçında sarı vərəqə alaraq cəzalı duruma düşməsi səbəb olub.

Braziliyalı oyunçu mövsümün ikinci yarısında ardıcıl 4-cü matçda rəsmi xəbərdarlıq alıb.

"Zirə" - "Sumqayıt" matçında hesab açılmayıb. "Neftçi" - "Zirə" görüşü fevralın 18-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı