“Heç kimdən çəkinmirik” – Yeni gəldi, “Qarabağ”a və digərlərinə “meydan oxudu”

10 Fevral 17:20 Zirə 2 095
“Heç kimdən çəkinmirik” – Yeni gəldi,  “Qarabağ”a və digərlərinə “meydan oxudu”

“Zirə”nin yeni transferi Ceyhun Nuriyev Sportinfo.az-a müsahibə verib.

22 yaşlı yarımmüdafiəçi komandasının “Səbail” üzərində əldə etdiyi 3:0 hesablı qələbə haqda sualları cavablandırıb.

- 3:0-da əsas rolu nə oynadı? Nəyin sayəsində qələbə qazandınız?

- İlk oyundakı qələbə bizi arxayınlaşdırmamışdı. Ona görə də oyuna istəkli və sürətli başladıq. Rəqibə təzyiq və pressinq etməklə lazım olan qolları vurduq.

- "Səbail"ə 2 oyunda 5 qol vurdunuz. Çempionatda niyə məhsuldarlıq aşağıdır?

- İnanın, kuboka da, çempionata da eyni dərəcədə və eyni həvəslə köklənirik. Hər matçda qol imkanları yaxalayırıq, lakin son anda şanssızlıq olur. “Səbail”lə matçlarda fürsətləri qola çevirməyi bacardıq. İnşallah, davamını çempionatda gətirəcəyik.

- Kubokun yarımfinalındakı rəqibiniz heç bir halda "Qarabağ" olmayacaq. Bu, sizi sevindirir?

- Komandaların hamısı bu mövsümdə güclüdür. Hər rəqibə qarşı oyun ağır keçir. Lakin biz heç kimdən çəkinmirik. Yarımfinalda olmasa da, finalda “Qarabağ”la qarşılaşmaq şansımız var.

- Avrokuboklara vəsiqə şansınız hansı yolla daha asan görünür? Çempionatdan, yoxsa kubokdan?

- Kubok yolu ilə Avropa Liqasına vəsiqə qazanmaq üçün 3 oyunda uğurlu nəticə qazanmaq lazımdır. Yarımfinalda 2 matç və final görüşü. Bunu bacarsaq, istəyimizə çatacağıq. İstənilən halda Premyer Liqada da avrokuboklara vəsiqə üçün mübarizə aparırıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı