"Biz bura gələndə sanki bəxtsizliklə üzləşirik, ya da nədirsə başqa şeydir"

8 Fevral 16:40 Zirə 392
"Biz bura gələndə sanki bəxtsizliklə üzləşirik, ya da nədirsə başqa şeydir"

“Çox yaxşı performans göstərdik və “Qəbələ”dən üstün futbol oynadıq.

Buradan aparacağımız mümkün 3 xal bizim üçün çox vacib idi”.

“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Sportinfo.az-a açıqlamasında “Qəbələ”ylə matçı dəyərləndirib.

Qəbələdə keçirilən qarşılaşmanın 14-cü dəqiqəsində Ülvi İsgəndərov möhtəşəm qolla hesabı açsa da, 5 dəqiqə sonra İlkin Muradov status-kvonu bərpa etdi.

Nəticədə qonaqlar qaçırdığı qol imkanlarına görə meydanı 3 yox, 1 xalla tərk etmək məcburiyyətində qaldı.

Yunanıstanlı müdafiəçi rəqibin ünvanına tərif yağdırsa da, qalib gələ bilməmələrinə görə öz komandasını günahlandırıb:

“Qələbə qazanmaq, üst pillələrdə olmaq istəyiriksə, ilk növbədə qol və qollar vurmalıyıq. Bunu bacarmayanda qələbə qazanmaq çətinləşir.

“Qəbələ”yə qarşı səfərdə oynamaq elə də çətin deyil, adi matçdır. Sadəcə, biz bura gələndə sanki bəxtsizliklə üzləşirik, ya da nədirsə başqa şeydir.

Düzdür, oyunlarını bəyənirəm. Döyüşürlər, sona qədər mübarizə aparırlar, onların haqqında pis nəsə deyə bilmərəm.

İş burasındadır ki, biz bu gün udmalıydıq, amma bacarmadıq. Əsl mübarizə irəlidədir. Növbəti matçlara boylanmalıyıq”.

“Zirə” 21 oyundan sonra topladığı 31 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti