"Qarabağ" "Bayer"lə oynadığı kimi "Braqa"ya qarşı oynasa...”

8 Fevral 01:00 Zirə 359
"Qarabağ" "Bayer"lə oynadığı kimi "Braqa"ya qarşı oynasa...”

Portuqaliyada "Pakoş de Ferreyra" və "Aruka"da oynamış "Zirə"nin yarımmüdafiəçisi Abbas İbrahim sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı nigeriyalı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" oyunundan gözləntilərini bildirib.

Həm Portuqaliya, həm də Azərbaycanda oynamaq təcrübəsinə malik olan afrikalı "Braqa" haqda belə danışıb:

"Portuqaliyada olanda "Braqa"ya qarşı 5-6 dəfə oynamışam. Çox ağıllı futbolçulardan təşkil olunmuş kollektivdir.

Orada tanıdığım oyunçular da var. Bəli, "Zirə"yə keçəndən sonra "Qarabağ"a qarşı da oynamışam.

"Braqa" və "Qarabağ" komandalarının oyunu çox maraqlı alınacaq. "Qarabağ" bu oyunda öz azarkeşlərini sevindirə bilər.

Bu komandada futboçular uzun müddətdir birlikdə oynayır. Bir-birilərini meydanda çox yaxşı anlayırlar.

"Qarabağ" "Bayer"(Leverkuzen) kimi komandaya qarşı gözəl oynadı. "Braqa"ya qarşı da eyni performansı göstərsələr, bu, heç də təəccüblü olmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti