Azərbaycanlı baş məşqçini əsəbləşdirdilər: “Sən getmə, gözlə” - VİDEO

1 Fevral 23:40 Zirə 578
Azərbaycanlı baş məşqçini əsəbləşdirdilər: “Sən getmə, gözlə” - VİDEO

“Zirə” ardıcıl 7-ci oyunda qələbə qazana bilmədi.

Qış fasiləsindən sonrakı ilk matçda “Səbail”lə qolsuz bərabərə qalan “qartallar” şənbə günü “Sabah”ə məğlub oldu – 0:1.

Oyunun taleini Rauf Cabbarovun meydan sahiblərinin qapısına təyin etdiyi penalti həll etdi ki, təcrübəli referinin qərarı zirəli azarkeşləri iki yerə böldü.

Bir qisim hakimi ədalətsizlikdə suçladı, aralarında bir neçə nəfər isə ikinci hissədə say üstünlüyündən yararlana bilməyən “Zirə”ni və onun baş məşqçisi Rəşad Sadıqov.

Sadıqov ona yönələn iradları eşidincə, özündən çıxdı. Bir anda dqqətini meydandan ayırıb tribunaya tərəf döndü və əli ilə narazı azarkeşi göstərərək ona səsləndi:

“Sən getmə. Eşidirsən? Sən getmə, gözlə orada”.

Azarkeşin Premyer Liqa klubunun baş məşqçisinin göstərişinə əməl edib-etmədiyini görmək mümkün olmadı.

Çünki final fitindən sonra ara qarışmış, məzhəb itmişdi. Bəlkə də azarkeşin dedikləri Sadıqovun yadından çıxmışdı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti