Rəşad Sadıqov uduzduqları oyundan sonra futbolçularından nə tələb edib?

1 Fevral 20:00 Zirə 471
Rəşad Sadıqov uduzduqları oyundan sonra futbolçularından nə tələb edib?

“Zirə” – “Sabah” matçından sonra Rəşad Sadıqovun gözlərini “qan bürümüşdü”.

Meydan sahiblərinin baş məşqçisi hakim səhvi ilə barışa bilmir, qapılarına təyin olunan penaltidən bir neçə saniyə əvvəl komandasının xeyrinə künc zərbəsinin verilməməsinə etiraz edirdi.

Lakin bu narazılıq meydanda qaldı. Sadıqov paltardəyişmə otağına daxil olan kimi məğlubiyyətə görə futbolçularını suçladı ki, 41 yaşlı çalışdırıcının uca səslə etdiyi iradlar kənardan aydın eşidilirdi.

“Zirə”nin kapitanı Qismət Alıyev Sportinfo.az-a açıqlamasında paltardəyişmə otağında yaşananlarla bağlı bunları deyib:

“Baş məşqçinin qəzəbi tək mənə, ümumi komandaya idi. Onu da başa düşmək lazımdır.

Demək istəyirdi ki, lap hakim yanlış qərar versə belə, niyə rəqib futbolçunu saxlamalı olan oyunçularımız diqqətli olmadı?

Korner zamanı hamı irəli getsə də, iki nəfər arxada dayanır ki, əsk-hücum zamanı rəqib futbolçunu zərərsizləşdirsin. Bir az diqqətli olsaydıq, penalti olmayacaq.

Diqqətli əldən verməyimizə görə iradlarını bildirirdi, başqa heç nə”.

Mövsümün əvvəlində turnir cədvəlinin birinci pilləsində qərarlaşan “qartallar” “Sabah”a 0:1 hesablı məğlubiyyətdən sonra dördüncü sıraya yuvarlanıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı