"Bütün çətinliklərə baxmayaraq..." - "Zirə"nin braziliyalı müdafiəçisi

31 Yanvar 14:20 Zirə 241
"Bütün çətinliklərə baxmayaraq..." - "Zirə"nin braziliyalı müdafiəçisi

“Zirə”nin legioneri Ruan Renato “instaqram” hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, ölkə kubokunun 1/4 final mərhələsinin “Səbail”lə (1:2) ilk görüşündə səfərdə komandasının ikinci qolunu vuran braziliyalı bunları yazıb:

“Qələbəyə və komandama məqsədə çatmaqda kömək etdiyimə görə çox şadam. Biz səylə çalışmağa davam edəcəyik.

Bütün çətinliklərə baxmayaraq, hədəflərinizə çatmaq üçün birlik olmağa davam edəcəyik”.

Renato ötən mövsüm “Qəbələ”nin formasını geyinib və yayda “Zirə” ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti