Azərbaycan klubu 2 hücumçusu ilə "vidalaşdı" - Biri 6-7, digəri 2 ay oynamayacaq

31 Yanvar 2024 09:20 Zirə 768
Azərbaycan klubu 2 hücumçusu ilə "vidalaşdı" - Biri 6-7, digəri 2 ay oynamayacaq

“Zirə” itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun hücumçusu Filipe Paxtman ciddi zədə alıb.

Bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.

O, bildirib ki, məşq zamanı braziliyalı forvardın çarpaz bağları qırılıb. Bu səbəbdən də Paxtman 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.

“Zirə”nin digər hücumçusu Rüstəm Əhmədzadə də bir müddət komandasına kömək edə bilməyəcək. “Səbail”lə çempionat oyununda zədələnən forvardın müalicəsi 2 ay çəkəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA