GƏRGİN ANLAR! Masajçı ilə icraçı direktorun sözləri çəp gəldi - VİDEO

28 Yanvar 16:40 Zirə 522
GƏRGİN ANLAR! Masajçı ilə icraçı direktorun sözləri çəp gəldi - VİDEO

“Zirə” 20-ci turda məğlub olmaqla qələbəsizlik sayını 7-yə çatdırdı.

“Sabah”ın son saniyələrdə penalti qolu ilə fərqlənməsi emosiyaları qızışdırdı.

İkinci hissəni azlıqda mübarizə aparan qonaqlar əzmkar qələbənin təsiri altındaydısa, meydan sahibləri hakim ədalətsizliyi ilə barışa bilmirdi.

Hakimin final fitindən sonra “Sabah”ın masajçısı Əziz Salmanovun hansısa jesti Ruan Renatoya xoş gəlmədi.

Yaxınlıqdakılar səbəbkarları sakitləşdirməyə çalışan anda araya “Zirə”nin icraçı direktoru Cahangir Məmmədov girdi.

Salmanov bu şəxsi də vecə almadı. Daha doğrusu, Məmmədova sərt reaksiya verdi.

Masajçının bu hərəkəti icraçı direktoru özündən çıxardı ki, meydanda başlayan münaqişəyə kənarda aydınlıq gətirildi. Necə? Hansı yolla? Onu görmək mümkün olmadı, açığı.

HƏBİB / SPORTİNFO.AZ

Gərgin anların görüntülərinə aşağıdakı videoda baxa bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti