İddialı açıqlama: "Bu, bizdə heç bir stress yaratmır"

27 Yanvar 16:20 Zirə 304
İddialı açıqlama: "Bu, bizdə heç bir stress yaratmır"

"Zirə"nin mərkəz müdafiəçisi Stepan Aka Sportinfo.az-a açıqlama verib.

O, ilk öncə Premyer Liqanın 19-cu turunun "Səbail"lə bərabərə (0:0) bitən qarşılaşması haqqında danışıb:

"İlin ilk oyununda qalib gələ bilərdik, amma düşünürəm ki, hava oyunu çətinləşdirdi. Güclü külək hər iki komanda üçün problem yaratdı".

33 yaşlı legioner matçın 74-cü dəqiqəsində Rüstəm Əhmədzadəyə qarşı edilən qayda pozuntusuna hakimin göz yumduğu epizod barədə isə bunları deyib:

"Meydanda olanda nə baş verdiyini görmədim. Matçdan sonra təkrara baxdım. Məncə, penalti var idi. Bu futboldur. Bəzən qərarlar bizim xeyrimizə olur, bəzən də əleyhimizə".

Artıq "Zirə" ilə digər rəqiblər arasında xal fərqi çox yaxındır. Görəsən, bu məqam futbolçularda gərginlik yaratmır?

Akanı dinləyək: "Bu, heç bir stress yaratmır. Biz sadəcə olaraq diqqətimizi öz yolumuza yönəltmişik. Eyni istəklə növbəti oyuna hazırlaşırıq".

Digər Xəbərlər
Xəbər Lenti