O, ən azı 2-3 həftə komandasına kömək edə bilməyəcək

24 Yanvar 2024 03:00 Zirə 610
O, ən azı 2-3 həftə komandasına kömək edə bilməyəcək

“Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə zədələnib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu bu gün “Səbail”ə qarşı Premyer Liqanın 19-cu turunun səfər matçında (0:0) sıradan çıxıb.

67-ci dəqiqədə Salifu Sumanın yerinə oyuna daxil olan Əhmədzadə 85-ci dəqiqədə məcburi əvəzlənməli olub.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçusunun durumu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, R.Əhmədzadənin əzələsi dartılıb. Bu səbəbdən o, ən azı 2-3 həftə komandasına kömək edə bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!