Azərbaycanda oynayan braziliyalı: “Bu, çox da vacib deyil”

24 Yanvar 08:30 Zirə 473
Azərbaycanda oynayan braziliyalı: “Bu, çox da vacib deyil”

“Çətin oyun alındı. Süni ot örtüyü və güclü külək işimizi daha da çətinləşdirirdi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin müdafiəçisi Ruan Renato Premyer Liqanın 19-cu turunda “Səbail”lə 0:0 hesabı ilə başa çatan oyun barədə danışarkən deyib.

Xal itkisinə baxmayaraq, braziliyalı müdafiəçi komandasının pis təsir bağışlamadığını söyləyib:

“Bütün çətinliklərə rəğmən normal oyun göstərdik. Onu da unutmayaq ki, qış fasiləsindən sonra ilk rəsmi matçımız idi”.

Renato görüşün sonuna yaxın komandasının lehinə verilməyən penalti epizodu barədə sualı belə cavablandırıb:

“Açığı, mən epizoda çox uzaq idim. Epizoda dəqiq baxacağam, özlüyümdə analiz edəcəyəm.

Buna görə indi dəqiq fikir bildirə bilmərəm. Hazırkı məqamda səhvlərimiz üzərində daha çox çalışıb, növbəti oyunlardan daha üzüağ çıxmalıyıq”.

Bu mövsüm keçirilən 3 oyunun heç birində “Zirə” “Səbail”ə uduzmayıb.

R.Renato bildirib ki, bu statistika ciddi önəm daşımır:

“Üç oyun keçirdiyimizi və bunlardan yalnız birində qələbə qazandığımızı nəzərə alsaq, bu statistika çox da vacib deyil”.

Digər Xəbərlər
Xəbər Lenti