Rəşad Sadıqovu "Zirə"dən uzaqlaşdırmaq istəyən kimdir?

23 Yanvar 11:40 Zirə 1 812
Rəşad Sadıqovu "Zirə"dən uzaqlaşdırmaq istəyən kimdir?

«Dörd ildir «Zirə»yə qarşı səhvlər davam edir və mən buradan gedənə kimi belə olacaq».
Rəşad Sadıqov bu cümləni işlətdi «Səbail»lə qarşılaşmadan sonra. «CBC Sport»un canlı efirində dedi bunu.
Adətən, qalmaqaldan uzaq dayanmağa cəhd göstərən, beynini bu kimi şeylərlə yormaq istəməyən Rəşad Sadıqov «yoruldu» deyə bilmərik. Amma «artıq onu yordular» demək üçün əlimizdə kifayət qədər əsas mövcuddur.
Bax, onu dilə gətirən, «bu qədər təsadüf olmaz» dedizdirən 85-ci dəqiqədəki epizod. «Səbail»in müdafiəçisi Adil Nağıyev cərimə meydançası daxilində Rüstəm Əhmədzadənin ayağına zərblə vurur, o, yerdə qalır, VAR hakimi İnqilab Məmmədov Fərid Hacıyevi epizodu izləməyə çağırır, sonuncu dəqiqələrcə kamera önündə dayanır, sonra da gəlib əks tərəfə cərimə zərbəsi təyin edir. Bu epizodda penalti təyin etməmək üçün sadəcə, uzunqulaq olmaq lazım idi.
İndi hamı düşüb Barış Şimşəyin üstünə, ondan yazırlar. Əşşi, Şimşək kimdir, o kimdir, bu kimdir?! Axmaq olmayın, bu sifarişlərin hamısı Elxan Məmmədovdan gəlir. Çox da ki, Elxan Məmmədov AFFA-dan çıxıb gedib, FİFA-nın Paris oifisində özüyçün qurdalanır, adamın adamları hələ də AFFA-nı idarə edir, əli girir bura. AFFA-nın komitə sədrləri yenə onun əmrlərinə müntəzirdir, eləcə də Peşəkar Futbol Liqasının rəhbərliyi.
«Zirə»yə yönəlik hakim səhvlərinin bir ucu yox, bütün istiqamətləri ona aparıb çıxarır. Təmiz və gerçək söhbət budur. Rəşad Sadıqov da, əslində, məhz buna işarə etdi. Elxan Məmmədovun futbol camiəsində ən çox ehtiyat elədiyi, kölgəsindən qorxduğu şəxs odur, onu da gözdən salmaq, nəticə qazanmasını əngəlləmək üçün hakimlərdən istifadə eləyib və eləyir.
Barış Şimşək real səlahiyyəti olmayan boş bir şəxsdir. Hakimlər Komitəsinə nəzarət Elxan Məmmədovla bağlılığını saxlayan qrupun əlindədir. Çempionatı da bunlar fırladır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti