“Mənə çox şey verdi, yeni müqavilə təklif elədi, razılaşmadım”

22 Yanvar 19:40 Zirə 475
“Mənə çox şey verdi, yeni müqavilə təklif elədi, razılaşmadım”

"Sabah" mənə yeni müqavilə təklif elədi, razılaşmadım”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin yeni transferi Ceyhun Nuriyev deyib.

Yarımmüdafiəçi "Sabah"dan yaşadığı qalmaqala görə ayrılmalı oldu. “Bayquşlar” cəza olaraq orta sahə oyunçusunu mövsümün əvvəlində əvəzedici komandaya göndərmişdi.

Amma 22 yaşlı gənc olub-bitən bütün neqativlərə rəğmən, sabiq klubuna münasibətdə küskün olmadığını söyləyir:

“Belə hallar olur futbolda. "Sabah" mənə çox şey verdi.

Eləcə də mən "Sabah"a çox xeyir verdim. Əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm, artıq yeni səhifə açılıb, irəli baxıram".

Nuriyev bu ayın əvvəlində “Zirə” ilə 2,5 illik müqavilə imzalayıb. “Qartallar” ona görə “Sabah”a 100 min manat təzminat ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı