"Neftçi"də ulduzu parlayan legioner hansı Azərbaycan klubu ilə danışıqlar aparır?

20 Yanvar 21:20 Zirə 4 029
"Neftçi"də ulduzu parlayan legioner hansı Azərbaycan klubu ilə danışıqlar aparır?

Yusif Laval yenidən Azərbaycanda çıxış edə bilər.

“Neftçi”nin sabiq yarımmüdafiəçisi ilə “Zirə” yaxından maraqlanır.

Paytaxt təmsilçisi 25 yaşlı legionerlə daha əvvəl - yayda təmasa keçib.

Amma onda danışıqlar uğurlu olmayıb.

“Qartallar” qış fasiləsində nigeriyalı ilə danışıqları yenidən bərpa edib.

Laval da Rəşad Sadıqovun rəhbərliyi altında oynamağa isti baxır.

Qalır məxsus olduğu “Aruka” ilə dil tapmaq.

Çünki futbolçunun Portuqaliya təmsilçisi ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.

Yusuf Laval 2020/23-cü illəri “Neftçi”nin şərəfini qoruyub.

O, “ağ qaralar”ın formasında meydana çıxdığı 88 matçda 6 qol, 19 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti