“Qarabağ”ın darmadağın etdiyi komandadan səs çıxdı: “Əsas deyil”

16 Yanvar 21:20 Zirə 1 976
“Qarabağ”ın darmadağın etdiyi komandadan səs çıxdı: “Əsas deyil”

“Toplanışımız normal keçdi, hər şey qaydasında idi.

Yaranmış fasilədən maksimum dərəcədə yararlanmağa çalışdıq”.

Qış təlim-məşq toplanışını ölkə daxilində keçən “Zirə”nin f yarımmüdafiəçisi İlkin Muradov Sportinfo.az-a açıqlamasında başa çatmaqda olan hazırlıq prosesini dəyərləndirib.

“Qartallar” toplanışın birinci mərhələsindəki yoldaşlıq görüşündə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə üstələməyi bacarmışdı.

İkinci görüşdə rəqib son çempion, hazırda turnir cədvəlinin lideri “Qarabağ” idi ki, ağdamlılar zirəlilərin daşını daş üstə qoymadı - 4:0.

27 yaşlı futbolçu böyük hesablı məğlubiyyəti də şərh edib:

“İnanıram ki, mövsümün qalan hissəsində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik.

Toplanışın yekununda “Qarabağ”la qarşılaşdıq. Məncə, sərgilədiyimiz oyun heç də tablodakı rəqəmlərə uyğun deyildi.

Daha yaxşı çıxış etdik, epizodlarımız çox oldu. Belə oyunlarda əsas nəticə deyil. Əsas bəzi taktiki gedişləri sınaqdan keçirdik".

“Zirə” Premyer Liqanın 19-cu turu çərçivəsində “Səbail”in qonağı olacaq. Yanvarın 22-də keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti