“Mən də istəyirəm, amma özü hələlik bu haqda düşünmür“

16 Yanvar 09:00 Zirə 366
“Mən də istəyirəm, amma özü hələlik bu haqda düşünmür“

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov komandanın hücumçusu Eldar Quliyevin hələ də Azərbaycan pasportu almamasının səbəbi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı deyib:

“Mən də istəyirəm. Bu, həm kluba, həm Eldarın özünə, həm də milli komandamıza faydalı olar. Amma özü hələlik bu haqda düşünmür”.

Bu ilin martda 22 yaşı tamam olacaq Eldar Quliyev Ukraynada doğulub və həmin ölkənin vətəndaşıdır. O, Ukraynanın U-21 millisində çıxış edib.

Ukraynada bir neçə klubda çıxış etmiş Quliyev 2023-cü ilin fevralından “Zirə”də oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı