Braziliyalı Rəşad Sadıqovla bağlı planını "Sportinfo"ya açıqladı

15 Yanvar 2024 22:20 Zirə 916
Braziliyalı Rəşad Sadıqovla bağlı planını "Sportinfo"ya açıqladı

"Zirə"nin qış fasiləsində etdiyi ilk legioner transferi Rafael Utziq oldu.

Braziliyalı vinger hamımıza tanış simadır.

O, ötən ilin yayına kimi təxminən 3 il "Qəbələ"də çıxış etmişdi.

Maraqlıdır, son 6 ayı Cənubi Koreyada keçirən 27 yaşlı "sambaçı" burada dostluq etdiyi yerli və əcnəbi futbolçulardan Rəşad Sadıqovla bağlı nələr eşidib?

Utziqi dinləyək:

"Bəli, onun barəsində futbolçularla danışığım olmuşdu. Müxtəlif futbolçulardan hər zaman haqqında müsbət şeylər eşidirdim.

Bura gəlməkdə məqsədim də ona kömək etməkdir. İnanıram ki, bir yerdə çalışacağımızdan məmnun qalacam".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA