“Riçard Almeyda hər zaman mənə danışırdı ki...”

12 Yanvar 21:00 Zirə 804
“Riçard Almeyda hər zaman mənə danışırdı ki...”

“Bura gəlməyimdə həmin fikirlərin rolu az olmadı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin yeni transferi Rafael Utziq deyib.

Qəsəbə təmsilçisi ilə 1,5+1 illik müqavilə bağlayan 27 yaşlı hücumu daha əvvəl Azərbaycanda “Qəbələ”nin formasını geyinib.

Braziliyalı karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub. Utziqin son komandası Cənubi Koreya “Sunqnam Asan”ı olub.

O, "Qəbələ"də bir yerdə çıxış etdiyi Ruan Renato ilə indi də "Zirə"də komanda yoldaşı olacaq.

Görəsən, yeni transfer bu keçiddən öncə həmyerlisindən məsləhət alıb? Rafaeli dinləyək:

“Təbii ki, məsləhət aldım. Ümumiyyətlə, "Qəbələ"də oynayanda burada çıxış edən digər braziliyalılarla da yaxın tanışlığım vardı.

Ruandan başqa, daha əvvəl "Zirə"də oynamış "Qarabağ"ın üzvü Riçard Almeyda "Zirə" haqqında hər zaman mənə müsbət şeylər danışırdı”.

Digər Xəbərlər
Xəbər Lenti