"Məlumatın niyə dərc edildiyini bilmirəm, yazılanlar doğru deyil"

7 Yanvar 2024 23:20 Zirə 711
"Məlumatın niyə dərc edildiyini bilmirəm, yazılanlar doğru deyil"

"Zirə" ilə müqaviləmin müddəti 2023/2024 mövsümünün sonuna qədərdir.

Hazırda bu klubda çıxış etdiyim üçün azad agent olduğum barədə məlumatın niyə dərc edildiyini bilmirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Zirə"nin hücumçusu Vladislav Kulaç "Sport.ua" nəşrinə açıqlamasında deyib.

30 yaşlı ukraynalı yazılanların doğru olmadığını bildirib:

"Mən hazırda məşqə gedirəm və ona görə sizinlə uzun müddət danışa bilmərəm".

Vladislav Kulaç "Zirə"nin heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyuna çıxıb. Təcrübəli forvard 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA