Mövsümü medalla başa vurmağı hədəfləyən “Zirə” qış fasiləsində heyəti gücləndirməyi planlaşdırır.
Ceyhun Nuriyevi “Sabah”dan transfer edən “qartallar” adı baş məşqçi Rəşad Sadıqovun siyahısında olan daha bir neçə oyunçu ilə danışıq aparır.
Yanvarda bir neçə futbolçunun “Zirə”li olacağına şübhə etməyə dəyməz.
Gələnlərlə yanaşı, gedənlərin olacağı da şübhə doğurmur.
Sportinfo.az-a daxil olan məlumata görə, Filipe Paxtman Sadıqovun “qara siyahı”sında olan ilk futbolçudur.
Ölkəmizə oynamağa başladığı 2021-ci ilin yanvarından bu yana zədələrlə yadda qalan, geridə qalan 3 ildə meydana çıxdığı 23 matçda cəmi 3 qol vuran hücumçunun durumu Sadıqovu razı salmır.
Odur ki, 41 yaşlı mütəxəssis braziliyalı forvarddan özünə yeni klub tapmasını istəyib. Hazırda əsas məsələ yolların qarşılıqlı razılıq əsasında ayrılmasıdır.
“Qartallar” Filipeni yola salmaqla ona verilən pula başqa hücumçu gətirməyi planlaşdırır.
HƏBİB / SPORTİNFO.AZ

