Hər komanda bunu "Qarabağ"a qarşı edə bilmir

25 Dekabr 2023 19:00 Zirə 1 042
Hər komanda bunu "Qarabağ"a qarşı edə bilmir

«Zirə» 2023-cü ili turnir cədvəlinin ikinci pilləsində başa vurdu.

Son matç «Qarabağ»a qarşı oldu və yaxşı ki, oldu.

Nəticə baxımından demirəm. İlk dövrədəki hesab təkrarlandı, bu dəfə «Qarabağ»ın lehinə.

Oyunun özünü götürsək, «Zirə»nin çempionatın lideri önündə xoş görüntü verdiyini demək boynumuzun borcudur.

Adətən, «Qarabağ»la qarşılaşan rəqiblər 60-cı dəqiqədən sonra ritmini və gücünü itirir, arzularını suyun dibinə atır.

«Zirə» dirəniş sərgilədi, bununla da qalmadı, qonaqlarını meydanın özlərinə aid hissəsinə sıxdı.

Rəşad Sadıqovun taktiki anlamda verdiyi bir çox tapşırıqlar yerinə yetirildi, fəqət, gəlirəm yenə mətləb üstünə - «Zirə»də bir çox icraçıların səviyyəsi böyük işlər üçün deyil.

Mübahisə etmirəm, eyni zamanda qəti fikrim budur ki, transfer, transfer, yenə də transfer! Sadıqov əlimyandıda, heç olmasa, 2 legioner lazımdır.

Orta sahənin və hücumun düz mərkəzinə.

Yarımmüdafiə zonasında yaradıcı planda iş görə, məsuliyyəti üzərinə götürə, topun hərəkət traektoriyasını düzgün müəyyənləşdirə bilən əcnəbi tapsa, az məhsuldarlıq problemi öz-özünə ortadan qalxacaq.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA