Rəşad Sadıqovun “50”si...

23 Dekabr 2023 02:10 Zirə 256
Rəşad Sadıqovun “50”si...

“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında 50-ci qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu həm də baş məşqçi karyerasında yalnız bir klubu çalışdıran 41 yaşlı mütəxəssisin 50-ci uğuru olub.

Yubiley Azərbaycan Kubokunun 1/8 final mərhələsinə təsadüf edib. Qəsəbə klubu ev oyununda “Turan Tovuz” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

Rəşad Sadıqov 2020-ci ilin yayından rəhbərlik etdiyi “Zirə”ni ümumilikdə 125-ci matça çıxarıb. Paytaxt təmsilçisi onun başçılığı altında 26 dəfə evdə, 24 dəfə səfərdə qalib gəlib.

Onun baş məşqçiliyi altında ilk qələbə 2020/2021 mövsümünə təsadüf edib. “Qartallar” 2020-ci il sentyabrın 12-də, Premyer Liqanın “Səbail”lə səfər oyununda 2:1 hesabı ilə qalib gəliblər.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!