"Zirə"nin lideri: “Necə başlamışıqsa, elə də bitirməyə hazırıq”

18 Dekabr 2023 22:20 Zirə 376
"Zirə"nin lideri: “Necə başlamışıqsa, elə də bitirməyə hazırıq”

"Zirə" Premyer Liqada ardıcıl 4-cü turda da qələbəyə həsrət qaldı.

Bu dəfə 17-ci tur çərçivəsində "Turan Tovuz"un qonağı olan "Qartallar" minimalhesablı məğlubiyyətə (0:1) üzülməli oldu.

Fərid Nəbiyevin 76-cı dəqiqədə vurduğu qol qarşılaşmada yeganə oldu.

Halbuki paytaxt təmsilçisi mövsümə çox uğurlu start verərək ardıcıl 4 qələbə qazanmışdı.

Sonrakı da dönəmdə də Rəşad Sadıqovun yetirmələri pis nəticələr göstərmirdi.

Lakin bir andaca belə "qara zolaq" onun kollektivini yaxaladı. Həm də fasilə öncəsi.

Qarşıdan qış fasiləsi gəlir.

Bəlkə yenidən sürət yığması üçün komandaya yaxşı istirahət lazımdır?

Sualımıza cavab olaraq "Zirə"nin təcrübəli mərkəz müdafiəçisi Ruan Renato bunları deyib:

"Bu, fiziki aspektlərlə bağlı ola bilər. Amma biz çempionata fiziki cəhətdən necə başlamışıqsa, elə də bitirməyə hazırıq.

Hazırda fokuslanmalı olduğumuz yeganə şey mental hazırlıqdır. Bunu yüksək səviyyədə tutmalıyıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti