Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci pillədə qərarlaşan “Zirə” mövsümün sürpriz komandası “Araz-Naxçıvan”ı qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Bu nəticədən sonra "Zirə" xallarının sayını 29-a, "Araz-Naxçıvan" isə 23-ə yüksəldib.

