COP29

Serbiyalı “Neftçi” barədə danışdı: "MƏMNUNUQ"

25 Sentyabr 2023 16:40 Zirə 1 438
Serbiyalı “Neftçi” barədə danışdı: "MƏMNUNUQ"

“Neftçi”yə qarşı oynamaq bütün komandalar üçün çətindir.

Ona görə də heç-heçəni normal nəticə hesab edirəm. Sevindirici məqam odur ki, 7 oyunda uduzmamışıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə” – “Neftçi” qarşılaşması (1:1) barədə danışan meydan sahiblərinin futbolçusu Andriya Lukoviç deyib.

İlk hissənin ortalarında “ağ-qaralar” hesabı açsa da, meydan sahibləri fasilə ərəfəsində bərabərlik qolunu vurmağı bacardı.

İkinci yarıda “Neftçi”nin üstünlüyü açıq-aşkar hiss olunurdu. “Qartallar” isə sanki nəticədən məmnun imiş kimi hesabı qorumağa çalışır, hakimin final fitini gözləyirdi.

Serbiyalı yarımmüdafiəçinin fikrincə, “Neftçi” kimi rəqibdən 1 xal almaq xoş haldır. Lukoviç oyundan sonra komandadakı əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:

“Səmimi danışsaq, cütün favoriti “Neftçi” göstərilirdi. Belə olduğu halda rəqibin oyuna nəzarət etməsi, xüsusən ikinci hissədə təzyiqi artırması normaldır.

Biz isə əks-hücum imkanlarından yararlanmağa çalışırdıq. Fasilədən sonra elə də çox imkanımız olmadı.

Qol fürsətləri yaxalaya bilməyəndə əsas diqqəti qapımızın toxunulmazlığına ayırmalı olurduq. Təbii, qalib gəlsəydik lap yaxşı olardı.

İndiki halda gərgin qarşılaşmadan 1 xalla ayrıldığımıza görə məmnunuq. Güclü rəqiblərlə görüşlərdə bərabərliyin özü də yaxşı nəticədir.

Bu əhval-ruhiyyədə davam etməliyik.İlk pillədə olmağımız bizi arxayınlaşdıra bilməz.

Çünki bizi qarşıda çətin oyunlar və ağır təqvim gözləyir. Dayanmadan məşq etməli, gücümüzə inanmalı, sayıqlığı əldən verməməliyik”.

Çempionatın məğlub olmayan yeganə komandası olan “Zirə” 7 turdan sonra 16 xal toplamaqla vahid liderdir. Qəsəbə təmsilçisinin növbəti rəqibi “Araz-Naxçıvan”dır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti