“Hesabı açandan sonra futbol oynamırıq” – Premyer Liqa klubundan deyildi

10 May 2023 20:00 Zirə 521
“Hesabı açandan sonra futbol oynamırıq” – Premyer Liqa klubundan deyildi

Mövsümə iddialı başlayan “Zirə” mövsümün sonuna yaxın qeyri-sabit təsir bağışlayır.

Rəşad Sadıqovun yetirmələri yanvardan bu yana ardıcıl 2 oyunda qələbə qazana bilməyib.

Və ən maraqlısı, komandanın aktivində olan 12 qalibiyyətdən 8-i mövsümün ilk yarısına, cəmi 4-ü qışdan sonraya təsadüf edib.

Avropa Konfrans Liqasına sonuncu vəsiqə uğrunda “Qəbələ” ilə amansız mübarizə aparan bakılılar bölgə təmsilçisindən 3 xal geri qalır.

Çempionatın başa çatmasına isə 3 tur qalıb.

“Zirə”nin əsas heyət üzvlərindən olan serbiyalı müdafiəçi Nemanya Andelkoviç Sportinfo.az-a açıqlamasında komandasının mövcud durumundan söz açıb:

“Futbol belədir. Bir gün istədiyin nəticəni qazanırsan, o biri gün yox. Bu, dünyanın hər yerində var.

Fikir vermişəm, hesabı açandan sonra futbol oynamırıq. Ən böyük problemimiz budur.

Son oyunlarda vəziyyət yaxşıya doğru dəyişir.“Qarabağ” kimi güclü rəqiblə matçda necə oynamaq lazım gəldiyini göstərdik.

“Turan Tovuz”la qarşılaşmada ilk hissədə əla performans göstərdik. Fasilədən sonra nə baş verdiyini anlamadım”.

“Zirə” 33 turdan sonra 45 xal toplamaqla beşinci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti