"Biz bu il Avropaya gedəcəyik" - “Zirə”nin legioneri söz verdi

9 May 2023 23:20 Zirə 694
"Biz bu il Avropaya gedəcəyik" - “Zirə”nin legioneri söz verdi

“Şamaxı” – “Zirə” qarşılaşmasından sonra (0:3) qonaqların serbiyalı müdafiəşisi Nemanya Andelkoviç Sportinfo.az-ın suallarını cavablandırıb.

- Böyük hesabla qələbə qazansaz da, bu, sizə asan başa gəlmədi.

- Burada oynamaq istənilən komanda üçün çətindir. Bizə də asan olmadı. Sadəcə, erkən qol vurmağımız işimizə yaradı.Məşqçilər heyətinin verdiyi tapşırıqları dəqiq yerinə yetirməklə hədəfə çatdıq. Avrokuboklar uğrunda mübarizəni sona qədər davam etdirməliyik.

- Oyundan əvvəl bu meydanda oynayacağınızı təsəvvür edəndə, nə düşünürdüz?

- Meydanın necəliyini düşünsəydik, bəlkə də qələbə qazana bilməzdik. Hamı bir nəfər kimi 3 xal qazanmağa köklənmişdi. Məhz bunun sayəsində istədiyimiz nəticəni aldıq.

- Əvəzlənməyin nə ilə bağlı idi?

- Ayağımda ağrılar hiss edirdim deyə, baş məşqçidən əvəzlənməyimi xahiş etdim. Başqa səbəb yoxdur. Hiss edirdim ki, sona qədər oynasam, vəziyyət daha pis olacaq.

- “Qəbələ” ilə dördüncülük mübarizəniz davam edir. Avrokuboklara vəsiqə olacaq?

- Şansımız varsa, sona qədər mübarizə aparmalıyıq. Rəqibin yox, öz oyunumuzu və nəticələrimizi düşünməliyik. Sona qədər döyüşəcəyik. Nəyin necə olacağını çempionatın sonu göstərəcək. Avrokuboklara vəsiqə qazanacağımıza ümid edirəm.

- Ümid edirsən, yoxsa əminsən?

- Əminəm (gülür).

- Azarkeşlərə avrokuboklara vəsiqə sözü verə bilərsən?

- Biz bu il Avropaya gedəcəyik.

HƏBİB

Xəbər Lenti