QİSMƏT... "Qəbələ"də 70, "Zirə"də 80

9 May 2023 09:20 Zirə 406
QİSMƏT... "Qəbələ"də 70, "Zirə"də 80

Qismət Alıyev Azərbaycan çempionatında 150-ci oyununu keçirib. “Zirə”nin 27 yaşlı futbolçusunun yubileyi Misli Premyer Liqasının 33-cü turuna təsadüf edib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi “Şamaxı” ilə səfər görüşünə kapitan kimi start heyətində çıxıb.

Premyer Liqada 2014/15 mövsümündə debüt edən Alıyev bu müddətdə iki klubun formasını geyinib.

O, debüt etdiyi “Qəbələ”də 70, “Zirə”də 80 dəfə çempionat matçına çıxıb. Qismətin hesabında 5 qol var. O, “qırmızı-qaralar”ın forması ilə 1, “qartallar”ın heyətində 4 dəfə fərqlənib.

Alıyev Premyer Liqada ilk matçını 2015-ci il mayın 28-də keçirib. Yarımmüdafiəçi “Qəbələ”nin “Bakı” ilə ev oyununda (3:0) şans qazanıb.

Onun “Zirə”dəki ilk çempionat qarşılaşması isə 2020-ci il oktyabrın 18-nə təsadüf edib. Qismət “Sumqayıt”la səfər matçında (1:2) forma geyinib.

“Zirə” Şamaxı səfərində 3:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti