Bu klubda 3 il əvvəli xatırladan TANIŞ MƏNZƏRƏ

9 May 2023 17:00 Zirə 1 109
Bu klubda 3 il əvvəli xatırladan TANIŞ MƏNZƏRƏ

"Zirə" avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üz-üzədir.

Sona 3 tur qalmış komanda ən yaxın izləyicisi olan "Qəbələ"dən 3 xal geri qalır.

Amma xallar bərabər olsa, yenə üstünlük bölgə klubunun tərəfində olacaq. Çünki aralarındakı oyunda üstünlük "Qəbələ"nin aktivindədir.

Mənə bu durum 3 il əvvəlki "Zirə"nin düşdüyü mənzərəni xatırladır.

Belə ki, Zaur Həşimovun baş məşqçi olduğu 2019/20 mövsümü pandemiya səbəbindən yarımçıq dayandırılmışdı.

"Sumqayıt"la xal fərqi və aradakı oyunların balansı bərabər olsa da daha çox qol buraxan "qartallar" avrokuboklardan kənarda qalmışdı.

Məncə, bu gün Sadıqovu avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üz-üzə qoyan səbəb də o vaxtkı ilə eynidir - qapı mövqeyi.

İndiki kimi yadımdadır o zaman "Zirə"nin qapısın qoruyan Orxan Sadıqlı "Qəbələ" ilə oyunda az qala mərkəz xətdən qollar buraxmışdı. Bu da yekunda həlledici olmuşdu.

Sadıqlının peşəkar karyerası da həmin səhvlərdən sonra Region Liqasına kimi enmişdi. Sadəcə mövsümün əvvəli Premyer Liqada klub sayı artınca "Kəpəz" də ona qapı açdı.

Bu il də Mehdi Cənnətov eynisini edir. Adamın Qəbələdə mərkəz dairəsindın buraxdığı qoldan başqa buraxdığı bir neçə qol da sadəcə fiaskodur.

Təkcə İsgəndərovun vurduğu qol olmasaydı bu gün "qırmızı qaralar"la xallar eyni olacaqdı.

Cənnətov qədər olmasa da Anar Nəzirovun da şanssızlıq yaşadığı anlar bir neçə dəfə olub.

Məncə, qapıçı səhvlərinin üzündən paytaxt təmsilçisi hazırkı mövsüm minimum 10 xalından olub. Əksini təsəvvür edirsiniz?

İndi nəinki "Qəbələ"ni keçmək, hətta "Neftçi"ni bürünc taxtından salmaq barədə düşünmək olardı.

Bəlkə də indi bu barədə fərziyələr irəli sürmək gecdir. Lakin növbəti sezon üçün gec olmadan çərçivə barədə ciddi tədbir görülsə, "Zirə" də asanlıqla avrokuboklara vəsiqəni əldə edə bilər.

Hər halda, arxada qalan 33 tur belə deməyə əsas verir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!